İran Dubay yaxınlığında Avstraliya qoşunlarının istifadə etdiyi bazaya zərbə endirib.
1xeber.media xəbər verir ki,bu barədə Avstraliyanın müdafiə naziri Marlz məlumat verib.
“Münaqişənin başladığı ilk gecə İran qüvvələri Avstraliya qoşunlarının yerləşdiyi “Al-Minhad” aviabazasına zərbə endirib. Bütün hərbçilər təhlükəsiz şəraitdədir. Yaxın Şərqdə ümumilikdə 100-ə yaxın Avstraliya hərbçisi dislokasiya olunub ki, onların da əksəriyyəti BƏƏ-də yerləşir”, - deyə o qeyd edib.