İsrail və ABŞ aviasiyasının kütləvi zərbələri fonunda İran İslam Respublikasının hakimiyyəti ölkə üzərində idarəetmə rıçaqlarını əhəmiyyətli dərəcədə itirib.
Təhlükəsizlik qurumlarının rəhbər heyətinin və repressiv aparatın əsas həlqələrinin aradan götürülməsi teokratik iyerarxiyanı sarsıdıb, sistem daxilində demoralizasiya və idarəetmə böhranı yaradıb.
Növbəti mərhələdə hədəf kimi rejimin iki əsas dayağının - Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Məsləhət Şurasının rəhbəri Məhəmməd-Baqir Qalibafın adı çəkilir. Məhz bu fiqurların zərərsizləşdirilməsi prosesin dönüş nöqtəsinə çevrilə bilər.
Hər iki siyasətçi müxalifətə və etiraz aksiyalarının iştirakçılarına qarşı sərt repressiyalarla əlaqələndirilir. Qalibafın keçmişi xüsusilə ağır ittihamlarla müşayiət olunur - 1970-ci illərdə şah ordusunun hərbçilərinə qarşı həyata keçirilmiş əməliyyatlardan tutmuş, 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində baş vermiş partlayışla bağlı iddialara qədər.
Diqqətçəkən məqam ondan ibarətdir ki, müvəqqəti “liderlik şurası”nın - yeni rəhbər seçilənədək rahbarın funksiyalarını icra edən orqanın - son iclası Tehrandakı “Arman” xəstəxanasında keçirilib.
Bu addımın, humanitar mülahizələrə görə ABŞ və İsrailin həmin obyektə zərbə endirməyəcəyinə dair ümidlə əlaqəli olduğu bildirilir.
Elçin Alıoğlu