Dekabrın 16-da Qazaxıstan Müstəqillik Gününü qeyd edir.
1xeber.media xəbər verir ki, 1991-ci ilin bu günündə Qazaxıstan Ali Soveti respublikanın müstəqilliyi və dövlət suverenliyi haqqında tarixi qanun qəbul edib.
Qazaxıstan tezliklə beynəlxalq səviyyədə tanındı. Müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Bundan sonra ABŞ, Çin, Böyük Britaniya, Monqolustan və digər dövlətlər də bu sıraya qoşuldu.
Müstəqilliyin elan edilməsi Qazaxıstanın müasir tarixinin başlanğıc nöqtəsi oldu, dövlətin müstəqil inkişafına yol açdı.
Müstəqillik günü ölkədə dövlət bayramı və istirahət günüdür. Bütün Qazaxıstanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər keçirilir.
Bu il Astanada 50-dən çox tədbirdən ibarət genişmiqyaslı bayram proqramı hazırlanıb. Astananın sakinlərini və qonaqlarını sərgilər, konsertlər, rəsm müsabiqələri, idman turnirləri və spartakiadalar gözləyir.