Вернуться назад Распечатать

Trampla Zelenskinin ARASI "DƏYDİ": Andiçmə mərasiminə dəvət edilmədi

Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edilməyib, lakin Tramp onu qəbul etməyə hazırdır.

1xeber.media  xəbər verir ki, ABŞ-ın yeni lideri bunu "CNN" tərəfindən yayımlanan mətbuat konfransında açıqlayıb.

Tramp jurnalistin müvafiq sualına cavab olaraq deyib: “Xeyr, mən onu dəvət etməmişəm”.

Eyni zamanda o, iştirak etmək istəsə, Zelenskinin tədbirə qatıla biləcəyinə də aydınlıq gətirib.

Tramp Çin lideri Si Cinpinin də andiçmə mərasimində iştirak edəcəyini düşünmədiyini bildirib.