1xeber.media xəbər verir ki, bu hesablamanı "Iran War Cost Tracker" saytı aparıb.
Hesablamalara martın 11-də "The New York Times"da dərc edilmiş məxfi Pentaqon brifinqinin məlumatları daxildir.
Bu məlumata görə, ABŞ İranla müharibənin ilk 6 günündə 11,3 milyard dollar xərcləyib. O zaman senator Kris Kuns hərbi əməliyyatın ümumi xərcinin "hesabat verilən rəqəmdən xeyli çox" olduğunu bildirmişdi. O, müharibənin Vaşinqtona gündə 1,5 milyard dollardan çox başa gəldiyini təxmin etmişdi.
"Iran War Cost Tracker"in təhlili göstərir ki, ABŞ müharibənin ilk 48 saatında təkcə hava hücumundan müdafiə sistemlərinə 10 milyard dollardan çox pul xərcləyib.
"The Washington Post" qəzeti ABŞ-ın İrana qarşı hərbi əməliyyatların ilk iki günündə sursata 5,6 milyard dollar xərclədiyini bildirib. Martın 18-də qəzet Pentaqonun müharibəni davam etdirmək üçün Ağ Evdən 200 milyard dollardan çox pul istədiyini bildirib.
Bu pulun tükənməkdə olan vacib silahların təcili şəkildə artırılması üçün istifadə edilməsi planlaşdırılır.
ABŞ-nin İrana qarşı hərbi xərcləri 21 gündə 27 milyard dolları keçib.