Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüş keçirib.
1xeber.media xəbər verir ki, bu barədə Anadolu Agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
MİT rəhbəri İbrahim Kalın İsrailin Fələstinə qarşı davam edən hücumları və qanun pozuntularını İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə müzakirə edib.
Görüşdə İsrailin işğal və qeyri-sabitlik siyasətinin qəbuledilməz olduğu vurğulanıb.