İran rejimini daxildən devirmək üzrə İsrail planı özünü doğrultmayıb”,
1xeber.media xəbər verir ki,bu barədə The New York Times yazır.
Nəşrin yazdığına görə, “Mossad” rəhbəri David Barneanın rejimi daxili üsyan vasitəsilə devirmək planı yanlış hesablanıb. Əli Xamenei də daxil olmaqla ali rəhbərliyin məhv edilməsinə baxmayaraq, İranın güc aparatı nəzarəti əlində saxlayıb.
Kürd qüvvələrindən istifadə də daxil olmaqla alternativ variantlar Donald Tramp tərəfindən rədd edilib. Nəşrin qiymətləndirməsinə görə, hazırda ən real ssenari mövcud rejimin hakimiyyətdə qalmasıdır.
NYT qeyd edir ki, Tramp administrasiyası dilemmayla üzləşib - əldə olunması çətin görünən iddialı məqsədlərə çatmaq üçün hərbi kampaniyanı davam etdirmək, yoxsa qarşıya qoyulan vəzifələri tamamlamadan münaqişədən çıxmağa çalışmaq.
Qəzetin istinad etdiyi məlumatlara əsasən, 15 mindən çox hədəfin məhv edilməsindən sonra belə İran müqavimət göstərmək və асimmetrik müharibə aparmaq, o cümlədən Hörmüz boğazını bloklamaq imkanını qoruyub saxlayıb.
Pentaqonda etiraf ediblər ki, İranın hərbi potensialını tam şəkildə zəiflətmək ilkin ehtimallardan xeyli daha çox vaxt və resurs tələb edəcək.