Şəhid Beheşti Universitetindən tezliklə demək olar ki, heç nə qalmayacaq.
1xeber.media xəbər verir ki,İranın Qırmızı Aypara nümayəndələri bildiriblər ki, Şəhid Beheşti Universitetinin Tehran şəhərində yerləşən lazer və plazma tədqiqat mərkəzi hava zərbəsinə məruz qalıb.
Təşkilatın açıqlamasına görə, hücum ABŞ-İsrail aviasiyası tərəfindən həyata keçirilib.
Binaya ciddi maddi ziyan dəyib. Hazırda zərərçəkənlərin dəqiq sayı barədə məlumat yoxdur, ərazidə xilasetmə xidmətləri çalışır.
Xatırladaq ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələri Şəhid Beheşti Universitetinin mühəndislik fakültəsinin binalarına zərbə endirmişdi.