Вернуться назад Распечатать

Zelenski köhnə peşəsinə qayıda bilər

Ukrayna Prezidenti Vladimir Zelenski etiraf edib ki, gələcəkdə o, komediyaçı peşəsinə qayıda və yenidən “insanları güldürə” bilər.

1xeber.media  xəbər verir ki, o, bu barədə "Le Parisien"in jurnalistinin müvafiq sualını cavablandırıb.

Onun sözlərinə görə, “bu, mürəkkəb məsələdir”.

“Ümumiyyətlə bu, içəridə hansı insanın olmasından asılıdır. Bu müharibə hamımıza təsir edir. Əgər daxildə olanı itirməsəm, kim bilir, bəlkə də...”, - Zelenski deyib.