ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda Almaniya Kansleri Fridrix Merts ilə gərginliyin artdığı bir vaxtda, administrasiyasının Almaniyadakı Birləşmiş Ştatların hərbçilərinin sayının azaldılması imkanlarını nəzərdən keçirdiyini bildirib.
1xeber.media "Əl Cəzirə"yə istinadən xəbər verir ki, ABŞ lideri qısa zaman ərzində müvafiq qərar veriləcəyini vurğulayıb.
Tramp Almaniyanı və digər NATO müttəfiqlərini ABŞ-İsrailin İrana qarşı olan müharibəsində kifayət qədər dəstək vermədiklərinə, o cümlədən Hörmüz boğazının yenidən açılmasına kömək üçün öz hərbi dəniz donanmalarını göndərmədiklərinə görə dəfələrlə tənqid edib.
Qeyd edək ki, ABŞ əsgərlərinin yerləşdiyi ən böyük xarici baza məhz Almaniyadadır. Bu ölkədə hazırda 33 min 900 ABŞ hərbçi var.