Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. İki liderin telefon danışığının əsas gündəmi Suriya olub. Diqqət çəkən məqam isə budur ki, Ərdoğan daha sonra verdiyi açıqlamada Türkiyənin ərazi məsələsini yenidən gündəmə gətirib.
Bu haqda danışan politoloq Qədir Aslanlı deyib ki, Türkiyənin “Mavi Vatan” konsepsiyası beynəlxalq sular ilə əlaqədardır. Bundan başqa qardaş ölkənin eyni zamanda “Misaki Milli” konsepsiyasıda var. Buraya isə başqa ərazilərdə aiddir. Yəni bugünkü Türkiyə ərazisi istər “Mavi Vatan” istərsədə “Misaki Milli” konsepsiyası ilə müqayisədə azdır:
“Türkiyə Osmanlı imperiyasının varisidir. Bu da dövlətin beynəlxalq və xarici siyasətinə təsir göstərir. Ənənəvi olaraq Ərdoğan Türkiyəsinin Yaxın-Orta Şərq, Cənubi Qafqaz və Balkanlarda son 20 ildə apardığı siyasət bir cümlə ilə verilib. Dövlətin hərbi resursa, güclü iqtisadiyyata, müttəfiqlər tapmağa ehtiyacı var. Türkiyənin hərbi resursu kifayət qədərdir. Müəyyən təsirlərə baxmayaraq iqtisadiyyatını ayaqda saxlaya bilir. Eyni zamanda NATO çərçivəsində özünün ən yaxın müttəfiqi ilə birgə addım atır. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın da dediyi kimi Türkiyə böyük gücdür, getdikcə də böyüyür”.
Politoloqun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığında da qeyri-adi heç nə yoxdur:
“Fransa Livan və Suriya ilə hər zaman yaxından maraqlanıb. Çünki bu iki ölkə keçmiş fransız mandatlarıdır. Tükriyə isə Yaxın Şərqi həmçinin Suriyanın 400 ilə yaxın artıq idarə edib.
Bundan başqa Paris ilə Ankara arasında fikir ayrılıqları da var. Liderlər bu baxımdan birdən çox məsələni müzakirə etmiş ola bilər”.
Globalinfo