Вернуться назад Распечатать

ABŞ hərbçiləri Hörmüzə yaxınlaşsa, hücum edəcəyik - İran

Xarici silahlı qüvvələr, xüsusən də ABŞ hərbçiləri Hörmüz boğazına yaxınlaşarsa, İran qüvvələrinin hücumuna məruz qalacaqlar.

1xeber.media xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandiri Əli Abdullahi deyib.

"Bu su yolunun təhlükəsizliyinə nəzarət İranın əlindədir. Bütün ticarət gəmiləri və neft tankerləri təhlükəsizliklərini qorumaq üçün bölgədə yerləşən qüvvələrlə əlaqələndirilməmiş tranzitdən çəkinməlidir", - Abdullahi bildirib.

Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına başlayıb.