Вернуться назад Распечатать

İranla yenidən savaş başlaya bilər - Rayt

İranın nüvə proqramını dayandırmaq yalnız diplomatiya yolu ilə mümkün olmaya bilər.

1xeber.media xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt deyib.

Onun sözlərinə görə, Vaşinqton Tehranla razılığa gəlməyə ümid edir, lakin digər ssenariləri də istisna etmir.

Nazir vurğulayıb ki, ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasına nail olmaq niyyətindədir:

"ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasına nail olmaq niyyətindədir. Nəhayət, Hörmüz boğazından sərbəst naviqasiyamız olacaq və İranın nüvə proqramı dayandırılacaq".