BMW Rusiyaya avtomobil ixracına cavabdeh olan əməkdaşlarını işdən çıxarıb.
1xeber.media xəbər verir ki,bu barədə Business Insider məlumat paylaşıb.
Qeyd olunur ki, şirkət buna görə məsuliyyət daşıyan işçilərin işdən çıxarılmasına qərar verib. Alman markalı avtomobillərin növbəti satışı dayandırılıb.
Nəşrin məlumatına görə, ciddi embarqoya baxmayaraq, Hannoverdəki BMW zavodundan 100-dən çox avtomobil rusiyalı müştərilərə çatdırılıb.