Вернуться назад Распечатать

Putinlə Tacikistan prezidenti arasında danışıqlar başlayıb

Leninqrad vilayətindəki İqora kompleksində Rusiya prezidenti Vladimir Putinlə Tacikistanın rəhbəri Emoməli Rəhmon arasında danışıqlar başlayıb.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ölkə liderlərinin miqrasiya məsələlərini müzakirə edəcəyi planlaşdırılırdı. Bundan əlavə, Putin və Rəhmon siyasi, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafına toxunacaqlar.