Rusiya gecə ərzində 635 PUA-nın məhv edildiyini açıqlayıb
1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə (HHM) qüvvələrinin gecə ərzində ölkə ərazisi üzərində 635 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, pilotsuz aparatların müxtəlif regionlarda aşkarlanaraq zərərsizləşdirildiyi bildirilib. Hücumların hansı bölgələri hədəf aldığı və insidentlər nəticəsində mümkün dağıntı və ya xəsarətlər barədə ətraflı məlumat verilməyib.
Rusiya tərəfi qeyd edib ki, HHM sistemləri hava məkanına daxil olan hədəfləri vaxtında aşkar edərək onların qarşısını alıb.
Qeyd edək ki, bu məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.