“Kanal 24” Yutub kanalının aparıcısı Oleq Belousov “Monoblog about...” adlı müəllif bloqunda Qazaxıstanda AZAL-ın qəzaya uğranan təyyarəsi ilə bağlı vəziyyəti təhlil edib.
1xeber.media Axar.a-a istinadən xəbər verir ki, aparıcı sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu qeyd edir.
“Xüsusən, Rusiya Prezidenti Vladimir Putinin faciəvi olaya qəribə reaksiyası, həmçinin Çeçenistan liderinin qardaşı oğlunun etirafı... Əslində, Putin nəyi gizlətmək istəyir? Təyyarə ilə bağlı nə baş verib? Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək. Lakin bir nüans var: Xeyli foto və videolar internetdə yayılıb”, - o bildirib.
Daha ətraflı videoda: