Вернуться назад Распечатать

ABŞ polkovniki: Qərbin Rusiyaya qarşı ritorikası müharibəyə aparır

1xeber.media xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Qərb siyasətçilərinin Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarının Moskva ilə birbaşa qarşıdurma riskini artırdığını bildirib.

Devis qeyd edib ki, Avropadakı liderlər cəmiyyəti Ukrayna münaqişəsinin “dinc yolla həllini” istədiklərinə inandırmağa çalışırlar, lakin onların addımları münaqişənin davam etməsinə səbəb olur.

Onun sözlərinə görə, Rusiya Qərblə qarşıdurma istəmir, lakin Moskva tez-tez təxribatlarla üzləşir.

Devis həmçinin Qərb ölkələrinin Rusiyanın mümkün hücumu ilə bağlı ictimaiyyəti xəbərdar etməsinin gələcəkdə ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.