Rusiyanın Dövlət Dumasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqlarla bağlı açıqlamasına münasibət bildirilib.
1xeber.media xəbər verir ki, Rusiya tərəfi Kiyevin danışıqlar üçün irəli sürdüyü şərtlərin Moskva tərəfindən qəbul edilməyəcəyini bildirib.
Dövlət Dumasının deputatları qeyd ediblər ki, danışıqların mümkün olması üçün əvvəlcə əsas məsələlər üzrə razılıq əldə edilməlidir. Rusiya tərəfi Ukraynanın şərtlərini danışıqların aparılması üçün uyğun format hesab etmir.