Вернуться назад Распечатать

Trampın Ukrayna siyasəti ilə bağlı sərt iddia

1xeber.media xəbər verir ki, ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodces Donald Tramp administrasiyasının Ukrayna münaqişəsində Rusiyaya yaxın mövqe tutduğunu iddia edib.

Hodces Ukraynanın “24 Kanal”ına açıqlamasında Trampın münaqişə ilə bağlı məsuliyyəti dəfələrlə Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə qoyduğunu bildirib.

Keçmiş general ukraynalıları Tramp administrasiyasından ölkələrinin maraqlarına uyğun addımlar gözləməməyə çağırıb. Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə real fayda gətirəcək addım atacağına ümid etmək düzgün deyil.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın Ukrayna münaqişəsinin başa çatdırılması üçün ciddi səylər göstərdiyini bildirib. O, münaqişənin ABŞ-da dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu və nizamlanmanın yaxın olduğunu deyib.