1xeber.media xəbər verir ki, Yəmənin cənub-qərbinə nəzarət edən husi qruplaşmasının 73 üzvü son döyüşlər zamanı öldürülüb. Ölənlər arasında 25 zabitin olduğu bildirilir.
“Əl-Hədəs” telekanalının məlumatına görə, ölənlər Yəmənin 10 müxtəlif vilayətindəndir.
“Yemen Future” media platformasının dəfn elanlarına əsasən, iyulun ortalarından etibarən husilərin 413 üzvü dəfn edilib.
Məlumata görə, son günlər husi qruplaşması Yəmənin qərbində, Qırmızı dəniz sahilləri boyunca bir sıra strateji mövqeləri ələ keçirib.
Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya qüvvələri arasında toqquşmaların şiddətlənməsi fonunda 120 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir.