1xeber.media xəbər verir ki, Ukraynanın keçmiş müxalifət lideri Viktor Medvedçuk Prezident Volodimir Zelenskinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfərini nəticəsiz hesab edib.
Medvedçukun sözlərinə görə, Zelenski səfər zamanı ABŞ-dan gözlədiyi dəstəyi əldə edə bilməyib. O, Ukrayna nümayəndə heyətinə Vaşinqtonda kifayət qədər diqqət göstərilmədiyini iddia edib.
“Başqa Ukrayna” hərəkatının saytında yayımlanan məqaləsində Medvedçuk Zelenskinin Nyu-Yorkdakı missiyasını uğursuz adlandırıb və onun ABŞ-dan istədiklərini ala bilmədiyini bildirib.
Medvedçuk həmçinin Zelenskinin ABŞ Prezidenti Donald Trampın tərəfdarları arasında mənfi münasibətlə qarşılandığını iddia edib. O, Ukrayna liderinin beynəlxalq siyasətdəki rolunun zəiflədiyini düşünür.