Вернуться назад Распечатать

Rusiya Aİ-nin Ermənistan vədlərinə şübhə edir

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin direktoru Vladislav Maslennikov Avropa İttifaqının Ermənistana dəstəklə bağlı vədlərinin böyük ölçüdə deklarativ xarakter daşıdığını bildirib.

Maslennikov “RİA Novosti”yə açıqlamasında qeyd edib ki, Aİ-nin daxili bazarı kifayət qədər rəqabətli və ciddi şəkildə tənzimlənir. Onun sözlərinə görə, Ermənistan məhsullarının Avropa bazarında asanlıqla qəbul ediləcəyini gözləmək doğru deyil.

Diplomat həmçinin Aİ-yə namizəd ölkələrin üzvlük üçün uzun illər gözləyə bildiyini vurğulayıb.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Aİ-nin Ermənistana verdiyi vədləri “efemer” adlandırmışdı. O, bu fikrini Avropa Komissiyasının 2029-cu ilədək Ermənistan vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə bağlı konkret müddəti təsdiqləməməsi ilə əsaslandırmışdı.