Вернуться назад Распечатать

Peskov DANIŞDI:“Qazaxıstan və Azərbaycana dəstək verməyə hazırıq”

“Aktauda baş verən təyyarə qəzası ilə bağlı Qazaxıstan və Azərbaycana dəstək verməyə hazırıq”.

1xeber.media  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

İstintaqın nəticəsini gözlədiklərini vurğulayan Peskov söyləyib ki, Kremlin bu məsələ ilə bağlı nəsə deməsi uyğun olmaz: “Ona görə də Yadrovun (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov - red.) açıqlamalarına diqqət yetirməyinizi xahiş edirik”.

D.Yadrov ötən gün Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada Azərbaycan və Qazaxıstana hərtərəfli dəstək göstərəcəyini bildirib.