Ankara Baş Prokurorluğu tərəfindən Eyüpsultan Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində, bələdiyyə sədri Mithat Bülent Özmen və digər 23 dövlət məmuru da daxil olmaqla, ümumilikdə 28 şübhəli haqqında həbs qərarı verilib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Qeyd olunur ki, eyni vaxtda keçirilən əməliyyatda 28 şübhəlinin hamısı nəzarətə alınıb; bələdiyyə binasında və mer Özmənin evində axtarış aparılıb.
Mithat Bülent Özmen 31 mart 2024-cü il yerli seçkilərində CHP-dən Eyüpsultan bələdiyyə sədri seçilib.