Вернуться назад Распечатать

Sakit okean ölkələri yeni iqlim fondu üçün pul toplamağa çalışır

Ada ölkələri iqlim fondu üçün 200 milyon dollar topladı

1xeber.media xəbər verir ki, Sakit okean ada dövlətlərinin iqlim dəyişikliklərinə uyğunlaşması üçün yaradılan fonda daha 15 milyon dollar vəsait ayrılıb.

Reuters-in məlumatına görə, Fici, İrlandiya, Niderland və Danimarkanın yeni vədləri ilə “Pacific Resilience Facility” fondunun ümumi maliyyələşməsi 200 milyon dollara yaxınlaşıb.

Fondun ilkin məqsədi COP31 başa çatana qədər 500 milyon dollar toplamaq, uzunmüddətli perspektivdə isə bu məbləği 1,5 milyard dollara çatdırmaqdır.

Sakit okean ölkələri dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələri və sahilyanı ərazilərin itirilməsi ilə bağlı ciddi risklərlə üzləşdiklərini bildirirlər.