Rusiyanın Rostov vilayətinə gecə saatlarında dron hücumu nəticəsində altı nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.
O bildirib ki, gecə ərzində bölgədə 100-dən çox dron məhv edilib. Altı yaralı şəxs tibbi yardım üçün müraciət edib.
Rostov-Donda bir neçə mənzil binası və fərdi ev müxtəlif növ ziyana məruz qalıb.