Вернуться назад Распечатать

Rusiya ordusu irəliləyir-Bu ərazi də nəzarətə götürüldü

Rusiya ordusu Şevçenko kəndini ukraynalı hərbçilərdən təmizləməyə başlayıb. 

Bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov "RİA Novosti"-yə danışıb. Onun sözlərinə görə, hazırda kəndin şimalında şiddətli döyüşlər gedir. Daçnı və Yantarnı bölgələrində də vəziyyətin gərgin olduğu bildirilib. Roqov rus ordusunun aktiv şəkildə hücumları davam etdirdiyini vurğulayıb.