Вернуться назад Распечатать

Rusiyanın 4 hava limanında uçuşlar dayandırıldı

Rusiyanın Kaluqa, Penza, Saransk və Saratov şəhərlərinin hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub. 

1xeber.media  xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) nümayəndəsi Artem Korenyako öz teleqram kanalında açıqlayıb. 

Bununla belə, təyyarələrin qəbulu və yola salınmasına hansı səbəbdən məhdudiyyət qoyulması qeyd olunmayıb.