Suriyanın müvəqqəti hökumətini təmsil edən nümayəndə heyəti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əs-Səudun dəvəti ilə baş tutan səfər zamanı Suriyanı xarici işlər naziri Əsəd Həsən əş-Şeybani, müdafiə naziri Murhaf Əbu Kəsra və Baş Kəşfiyyat Təşkilatının rəhbəri Enes Xəttab təmsil edir.
Müvəqqəti hökumət hələlik səfərin proqramı və müddəti ilə bağlı açıqlama verməyib.
Qeyd edilib ki, bu, Suriyanın yeni hökumətində ilk xarici səfərdir.