Вернуться назад Распечатать

Hörmüz boğazında 4 tanker partlayıb

1xeber.media xəbər verir ki, Hörmüz boğazının cənubunda azı dörd neft tankerinin dəniz minalarına düşərək partladığı bildirilir.

İranın “Mehr” xəbər agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən yaydığı məlumata görə, hadisə gəmilərin qadağan olunmuş ərazidən keçməyə cəhd göstərməsi zamanı baş verib.

SEPAH-ın açıqlamasında tankerlərin hazırda yanmaqda olduğu bildirilib. Bundan əlavə, müəyyən edilmiş qaydaları pozan daha iki gəminin hərəkətinin dayandırıldığı qeyd olunub.

Hadisə nəticəsində mümkün insan tələfatı, tankerlərin hansı ölkələrə məxsus olması və daşıdıqları yük barədə hələlik məlumat açıqlanmayıb. Qeyd edək ki, məlumat İran tərəfinin açıqlamasına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.