Вернуться назад Распечатать

Paşinyan: Konstitusiya dəyişdiriləcək

“Yeni konstitusiyanın qəbulundan sonra institutsional sülh təmin olunacaq və artıq yeni tələblər irəli sürülməyəcək”.

1xeber.media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu sualın cavabı elə sülh sazişinin mətnində öz əksini tapıb. Həmin mətnin imzalanması və ratifikasiyası de-yure qarşılıqlı şəkildə heç bir iddianın olmayacağı deməkdir. Amma məsələnin siyasi tərəfini vurğulamaq üçün deyirəm: “Çox yaxşı, bu, vacib məsələdir, həmin suala cavab almaq üçün çalışacağam”. Sonra gəlib deyirəm: “Öz siyasi kapitalıma arxalanaraq bəyan edirəm ki, bəli, biz buna nail olacağıq. Bu, konstitusiyanın qəbulunun böyük və çox mühüm nəticəsi olacaq”.

İnsanların reaksiyası isə belədir: heç bir reaksiya yoxdur, sanki onlar heç vaxt bu məsələni qaldırmayıblar”, - o bildirib.

Baş nazirin sözlərinə görə, müxalifət onun təklifindən yayınmaqla əslində onların dediklərini sübut edir:

“Yəni mövcud konstitusiya və 1990-cı il (Azərbaycana qarşı ərazi iddiasının yer aldığı - red.) Müstəqillik Bəyannaməsi münaqişə və qarşıdurma ilə bağlıdır. Sülh gündəliyini qəbul etmiş və onu təsdiqləmiş Ermənistan Respublikasının münaqişə dövləti kimi deyil, sülh dövləti kimi mövqeləndirilməsi vacibdir”.