Almaniyanın bütün hava limanlarında federal polisinin kompüter sistemi sıradan çıxıb.
1xeber.media xəbər verir ki, bu barədə “Bild” hüquq-mühafizə orqanlarına istinadən yazıb.
Problem polisin ölkəyə girişə nəzarət etmək üçün istifadə etdiyi sistemlərə təsir edib.
Almaniyada hava limanının təhlükəsizliyinə cavabdeh olan federal polis nümayəndəsi bildirib ki, onlar bir çox şeyi, sistemin əvvəllər etdiyi işləri əllə görməyə məcburdurlar.
Düsseldorf hava limanında uzun növbələrin olduğunu bildirilir. Sərnişinlər saatlarla gözləməli olurlar.