Вернуться назад Распечатать

Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti

Ötən gün vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə çıxıb.

1xeber.media xəbər verir ki, sənətçi son illərdə verdiyi müsahibədə mahnılarının müəllif hüquqları ilə bağlı bu sözləri deyib:

“Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin.

Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmayıb. O mahnıları mən yazdım ki, xalq eşitsin, insanlar faydalansın deyə yazdım”.

Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.