Вернуться назад Распечатать

Suriyanın XİN rəhbəri üç ölkəyə səfər edəcək

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani yaxın günlərdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya səfər etməyi planlaşdırır.

Bu barədə nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Əssad Həsən Əş-Şibani qeyd edib ki, Suriyanın yeni administrasiyası bu səfərin ölkənin sabitliyinin və təhlükəsizliyinin qorunmasına, eləcə də ölkənin iqtisadi bərpasına töhfə verəcəyinə ümid edir.