Вернуться назад Распечатать

Ermənistanda yanğını söndürmək üçün helikopter cəlb olunub

Ermənistanın Tavuş vilayətinin Dzoravank icmasının yaxınlıqdakı dağlarda yanğın baş verib. 

1xeber.media erməni KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 137 yanğınsöndürən cəlb olunub.

"İlkin məlumata görə, bitki örtüyü yanır. İşə Müdafiə Nazirliyinin helikopteri cəlb olunub", - KİV yazıb.