Bir neçə gün öncə “Hizbullah”ın həyata keçirdiyi PUA hücumundan sonra İsrailin Baş naziri Binyamin Netanyahunun iqamətgahı ilk dəfə görüntülənib.
1xeber.media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Evin yataq otağı olan hissəsinin zərər gördüyü qeyd olunub. Xüsusi qoruyuculu pəncərələr sayəsində dəymiş ziyanın minimal olduğu da açıqlanıb.
Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah” Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahına PUA hücumu etmişdi. Həmin vaxt Baş nazir sözügedən məkanda olmadığı üçün hadisədə xəsarətsiz ötüşüb.