Вернуться назад Распечатать

Təhsi pulsuz olacaq - HUMANİST QƏRAR

Prezident Bəşər Əsədin devrilməsindən sonra ölkəyə rəhbərlik edən Suriya hakimiyyəti respublikada təhsili pulsuz etməyə hazırlaşır.

1xeber.media xəbər verir ki, bu barədə keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

“Hökumət hər bir suriyalının haqqı olan təhsilin pulsuz olmasına sadiqdir. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik”, - deyə ölkənin Təhsil Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 8-nə keçən gecə müxalif qruplar Dəməşqi ələ keçiriblər. Bunla da Suriya ordusunun komandanlığı Əsəd hakimiyyətinin sona çatdığını açıqlayıb .