Вернуться назад Распечатать

Myanmada nefrit mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb

Myanmanın şimalındakı Kaçin əyalətində nefrit mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb.

1xeber.media xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 50-dən çox ev torpaq altında qalıb.

Polis açıqlamasında hazırda xilasetmə işləri aparıldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.