Вернуться назад Распечатать

Rusiya ilə nüvə qarşıdurmasına yaxınıq - Bayden

Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır.

Bu barədə ABŞ Prezidenti Co Bayden xarici siyasətlə bağlı yekun çıxışında bildirib.

“Mənim iki məqsədim var idi: Ukraynanın müdafiəsi üçün dünyanı birləşdirmək və iki nüvə dövləti arasında müharibədən qaçmaq. Hər ikisinin öhdəsindən gəldik”, - deyə o bildirib.

Bayden həmçinin bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstəkdən əl çəkə bilməzlər və Kiyevə yardımı davam etdirməlidirlər:

“Daha çox iş görmək lazımdır. Biz təkcə Avropada deyil, Asiyada ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik”.