Вернуться назад Распечатать

Azərbaycanı Qətərdə keçiriləcək turnirdə 6 stolüstü tennisçi təmsil edəcək

Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Doha şəhərində keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər.

Bu barədə 1xeber.media komandanın baş məşqçisi Fərhad İsmayılov məlumat verib.

O bildirib ki, Azərbaycanı həmin yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər. Onun sözlərinə görə, komanda yanvarın 26-da Doha şəhərinə yola düşəcək.

Qeyd edək ki, “WTT Youth Contender” turniri yanvarın 27-dən 30-dək keçiriləcək.