Вернуться назад Распечатать

Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirir

Brüsseldə Ermənistan və Fransa silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında danışıqlar baş tutub.

1xeber.media xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini X sosial şəbəkəsində məlumat yayıb.

“Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edir”, - o qeyd edib.