Ermənistanın baş naziri olmaq kimi bir ambisiyam yoxdur.
Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan deyib.
“Heç vaxt siyasətlə məşğul olmaq ambisiyam və deputat olmaq həvəsim olmayıb, amma ölkəmizdə hadisələr elə inkişaf elədi və elə proseslər getdi ki, bunlardan kənarda qala bilmədim. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini bilmirəm, amma düzünü desəm, mənim belə bir ambisiyam yoxdur”, - deputat qeyd edib.
Jurnalist ondan soruşub ki, Rusiya kömək eləsə, Ermənistan baş naziri postuna namizədliyini irəli sürərdimi?
“Düşünmürəm ki, burada siyasi proseslər hansısa ölkənin rəyi ilə həll olunmalıdır”, - Köçəryan jurnalistə bildirib.