1xeber.media xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin tanker donanmasının auditinin aparılması barədə göstəriş verib.
Dövlət başçısı neft və neft məhsullarının dəniz və çay daşımalarını, gəmiçilik qaydalarının pozulmasını və gəmiçilik təhlükəsizliyini tənzimləyən normativ-hüquqi bazaya hərtərəfli yenidən baxılmasının zəruriliyini qeyd edib.
"Tanker donanmasının vəziyyətini yoxlayın, həmçinin analoji texnogen qəzaların nəticələrinin aradan qaldırılması üçün mövcud texniki, texnoloji və elmi potensialın auditini aparın", - Rusiya lideri hökumət üzvləri ilə görüş zamanı əlavə edib.