Avropada çəkindirici qüvvələrin formalaşdırılması və Ukraynaya əsgər göndərilməsi ilə bağlı danışıqlar gedir.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 22-də “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb.
Onlar qeyd ediblər ki, Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Litvanın xarici işlər naziri Kestutis Budris artıq Ukraynaya yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Bunun atəşkəs olacağı təqdirdə Ukrayna və Rusiya qoşunları arasındakı “demarkasiya xəttini” qorumaq üçün Avropanın 5-6 ölkəsindən 50 min əsgərin göndərilməsi nəzərdə tutulduğu vurğulanır.