Вернуться назад Распечатать

Bayden administrasiyası Ukraynaya yardım etməkdən imtina etməyəcək

ABŞ hazırki prezidenti Co Baydenin administrasiyası Ukraynaya  nəzərdə tutulan qalan 6 milyard dollarlıq hərbi yardımı  tezliklə göndərmək niyyətindədir.


1xeber.media-nın məlumatına görə, bu barədə "Politico" qəzeti yazıb.

İddialara görə,hərbin yardımın göndərilməsi prezident seçkilərində qalib gələn Donald Trampın andiçmə mərasimindən əvvəl nəzərdə tutulub.

Bildirilib ki, indiki Vaşinqton administrasiyası Trampın dövründə Ukraynaya silah tədarükünün dayandırılacağına hazırlaşır.

Qeyd edək ki, ABŞ-nin yeni prezidentinin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.