Вернуться назад Распечатать

Bakıda 5 milyon 100 min manata mənzil satılır

Dənizkənarı Bulvara yaxın ərazidə yerləşən "Hilton Baku Apartment" kompleksində geniş sahəli mənzil 5 100 000 manata satışa çıxarılıb.

1xeber.media xəbər verir ki, mənzil 22 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir və ümumi sahəsi 300 kvadratmetr təşkil edir.

Onu da bildirək ki, mənzil 5 otaqdan ibarətdir və dizayner təmiri ilə təchiz olunub. Satış qiyməti 5 100 000 manat olan mənzilin kvadratmetrə düşən qiymət isə 17 000 manat təşkil edir. Mənzilin yerləşdiyi binanın daxilində idman zalı, qapalı hovuz da mövcuddur.

Mənzil çıxarışla tam təmin olunub və ipoteka üçün yararlıdır. Alıcılar üçün sövdələşmə imkanı da nəzərdə tutulub. Satıcı effektivlik və məxfiliyə zəmanət verdiyini bildirir.