Вернуться назад Распечатать

Torpaq almaq istəyənlərin nəzərinə

14 yanvar 2026-cı il tarixində saat 15:00-da ölkənin müxtəlif rayon və şəhərlərində torpaq müsabiqələri, hərracları keçiriləcək.

1xeber.media  Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bələdiyyələr, yerli icra qurumları tərəfindən kənd təsərrüfatı, sahibkarlıq, fərdi yaşayış məqsədləri üçün 31 sayda müxtəlif ölçülü torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılacaq.

Hərraclara çıxarılan torpaq sahələri Neftçala, Sabirabad, Saatlı, Yevlax, Kürdəmir, Bərdə, Ağstafa, Xaçmaz, Şamaxı, Qəbələ və digər rayonları əhatə edir.

Torpaq müsabiqə və hərracları barədə daha ətraflı buradan tanış olmaq olar.