Вернуться назад Распечатать

Gömrükçülər 3 ay gecikən maaşlarını nəhayət ki, aldılar

Dövlət Gömrük Komitəsinin 3 aydır əmək haqqını ala bilməyən əməkdaşlarının maaşları artıq ödənilib.

1xeber.media xəbər verir ki, bu barədə modern.az-a  Komitədən məlumat verilib.

Bundan öncə mediada DGK əməkdaşlarından bəzilərinin 3 aydır maaş almadığına dair məlumat yayılmışdı. Komitə sədri Şahin Bağırov da mediaya açıqlamasında məlumatı təsdiqləyərək, bəzi texniki məsələlərin olduğunu, yalnız onların həllindən sonra maaş veriləcəyini bildirmişdi.