Вернуться назад Распечатать

Gənclər Fondunun 2024-cü ildə maliyyələşdirdiyi layihələrin sayı açıqlandı

Azərbaycan Respublikası Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.

1xeber.media xəbər verir ki, sənəd Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Hesabata əsasən, Fond 2024-cü ildə 1450-dən çox tədbir və layihə həyata keçirib. Bu fəaliyyət 286 760 gənci əhatə edib.

Gənclər Fondu hesabat ilində 52 qurum və təşkilatla əməkdaşlıq edib.

Hesabatda həmçinin qeyd edilib ki, 680-dən çox gənc və gənclərin layihələri Fond tərəfindən maliyyələşdirilib